73 nömrəli məktəb söküləcək

10:45 | 27.12.2017
73 nömrəli məktəb söküləcək

73 nömrəli məktəb söküləcək

Bakı şəhəri Nərimanov rayonundakı 73 nömrəli tam orta məktəbdə söküntü işləri aparılacaq. Nərimanov rayonu Böyük Şor qəsəbəsində yerləşən məktəbin tədris ilinin ortasında söküləcəyi xəbəri təhsil ocağında oxuyan şagirdlərin valideynlərini qayğılandırır. Valideynlərə verilən məlumata görə, yaxın aylarda başlayacaq söküntü ilə əlaqədar şagirdlər ayrı-ayrı məktəblərə paylaşdırılacaq. Valideyinlər sual edir ki, söküntü-yenidənqurma işlərini yay aylarında – tətil müddətində aparmaq olmazdımı?

"Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Modern.az-ınsorğusunu cavablandırıb: "Ölkə başçısının 17 yanvar 2014-cü il tarixli, 232 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq, Nərimanov rayonundakı 73 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək yenidən tikintisi nəzərdə tutulub.

Proqrama uyğun olaraq, işlərin icrası Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yerinə yetiriləcək. Söküntü işlərinə cari tədris ilində başlanılacağı təqdirdə məktəb müvəqqəti olaraq iki növbəli iş rejiminə keçəcək”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti