757 nəfər koronavirusa yoluxdu

10:50 | 30.05.2020
757 nəfər koronavirusa yoluxdu

757 nəfər koronavirusa yoluxdu


Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 11 yoluxma halı qeydə alınıb,  bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da qonşu ölkədə virusa yoluxanların sayı 757 nəfərə çatıb.
 
Qeyd olunub ki, koronavirus  səbəbi ilə 2966 nəfər karantində saxlanılır, 250 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 600 nəfər sağalıb, 12 nəfər isə dünyasını dəyişib.
 
Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb