78 yaşlı qadını avtobus vurub öldürdü

18:30 | 04.11.2019
Abşeron rayonunda marşurut 78 yaşlı qadını vurub.

Oxu.Az xəbər verir ki, hadisə Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində baş verib.
Belə ki, 1975-ci il təvəllüdlü Məlikov Yalçın Əliağa oğlu ayın 3-ü saat 12 radələrində Hökməli qəsəbəsi - "Memar Əcəmi” metrostansiyası marşurut xətti ilə hərəkət edən sərnişin avtobusu ilə qəsəbənin sonuncu dayanacaq istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1941-ci il təvəllüdlü Məmmədova Gülcahan Qabil qızını vurub.

Hadisə nəticəsində qadın müxtəlif bədən xəsarətləri alıb. Qadın sürücü tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb.
Hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

www.anews.az
loading...