8 ayda neft-qaz sektoruna qoyulan investisiya azalıb

12:22 | 11.09.2024
8 ayda neft-qaz sektoruna qoyulan investisiya azalıb

8 ayda neft-qaz sektoruna qoyulan investisiya azalıb

2024-cü ilin səkkiz ayında ölkədə əsas kapitala  11 milyard 216,9 milyon manat qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 
 
Son səkkiz ayda neft-qaz sektoruna investisiyaların həcmi 2,4% azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 3,9 % artıb.
 
Əsas kapitala qoyulan vəsaitin 83,1% daxili investisiyalar təşkil edib.
 
2023-cü ildə Azərbaycanda əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğindn çox vəsait yönəlib. 
 
Müharibədən sonra Qarabağ və Şərqi Zəngəzura 12 milyarda yaxın vəsait xərclənib. 2026-ci ilə qədər bu vəsaitin 32 milyarda çatması gözlənilir. 
 
2022-ci ildə Azərbaycanda əsas kapitala kapital qoyuluşlarının artımı 5,5% təşkil edib.
 
Gülnar 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM