İş
adamlarının etibarlı tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı qeyri-neft
sektorunda fəaliyyət göstərən iri korporativ müştərilərin, eləcə də kiçik və
orta sahibkarların ixrac yönümlü fəaliyyətinə dəstək üçün ardıcıl addımlar
atır. Bu istiqamətdə növbəti addım kimi Bank istehsal və ixracla məşğul olan
sahibkarlar üçün yeni "İxraca dəstək” kredit məhsulunu və "İxraca dəstək” tarif
paketi aksiyasını təqdim edir. Bank yeni kredit məhsulu üzrə krediti öz daxili
vəsaitləri hesabına ayırır. Bu isə o deməkdir ki, sənədləşmə prosesi sadə və kreditin
verilməsi qərarı daha sürətlidir.
Kreditin məbləği 100 min manatdan 10 milyon manata
qədərdir. Müddəti isə 60 ayadəkdir. Bank əsas vəsaitlərə investisiya təyinatlı "İxraca
dəstək” krediti almış sahibkarlara 24 aya kimi güzəşt müddətindən faydalanmaq
imkanı yaradır. Belə ki, sahibkarlar bu müddətdə yalnız faiz borclarını ödəyirlər.
Bank sahibkarlara ödənişin forma və qrafikini seçməkdə də sərbəstlik verir.
Azərbaycan Beynəlxalq Bankının bu məhsulundan istehsalla
məşğul olaraq öz məhsulunu xaricə ixrac edən hər bir sahibkar faydalana bilər. Bu
imkan Bankın yeni müştərilərinə də şamil olunur.
Kreditin rəsmiləşdirilməsinə görə xidmət haqqı
nəzərdə tutulmur. Kreditin faiz dərəcəsi müştərinin ixrac təşviq sənədinin
mövcudluğundan, fəaliyyət sahəsindən, bankla əməkdaşlıq tarixçəsindən və bank
hesablarındakı dövriyyəsindən asılı olaraq dəyişir və 8%-dən başlayır.
Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Nərgizxanım
Biləndərli qeyd edib ki, qeyri-neft sektorunun inkişafına, ölkəmizin ixrac
potensialının genişləndirilməsinə dəstək bankın fəaliyyətində xüsusi yer tutur:
"Ümid edirik ki, bu addımımız sahibkarlar
üçün yeni imkanlar açacaq. Məhsullarını
dünya bazarına çıxaran sahibkarlarımıza böyük kömək göstərəcək. Azərbaycan Beynəlxalq
Bankının sərfəli şərtlərlə təqdim etdiyi "İxraca dəstək” krediti və tarif
paketi Azərbaycan sahibkarının rəqabət qabiliyyətli məhsul istehsalına və
ixracına təkan verəcək”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !