84.7% insan prezidentə etibar edir, 1.3% isə heç etibar etmir - SORĞU

10:58 | 17.11.2022
84.7% insan prezidentə etibar edir, 1.3% isə heç etibar etmir - SORĞU

84.7% insan prezidentə etibar edir, 1.3% isə heç etibar etmir - SORĞU

Azərbaycanda respondentlərin 84.7%-i Prezidentə tam etibar etdiyini, 10.6%-i əsasən etibar etdiyini, 2.9% respondent əsasən etibar etmədiyini, 1.3% respondent heç etibar etmədiyini qeyd edib. Bu Sosial Tədqiqatlar Mərkəzinin 2022-ci il keçirdiyi sorğu nəticələrində öz əksini tapıb.
 
Respondentlərin 0.5%-i bu barədə mövqe bildirməkdə çətinlik çəkib.

Sorğu iştirakçılarının 75.4%-i I vitse prezidentə tam etibar etdiyini, 15.3%-i əsasən etibar etdiyini bildirib.
Respondentlərin cəmi 1.6%-i əsasən etibar etmədiyini, 5.5%-i heç etibar etmədiyini qeyd edib. 2.2% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.

Respondentlərin 31.6%-i Milli Məclisə tam etibar etdiyini, 31.7%-i əsasən etibar etdiyini bəyan edib. Respondentlərin 9.8%-i əsasən etibar etmədiyini, 22.3%-i isə heç etibar etmədiyini bildirib. 4.7% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.

Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 30.4%-i məhkəmələrə tam, 28.8%-i isə əsasən etibar etdiyini bildirib. Rəyi öyrənilənlərin 11.1%-i əsasən etibar etmədiyini, 20.7%-i isə heç etibar etmədiyini qeyd edib. Respondentlərin 9.0%-i bu istiqamətdə mövqe bildirməkdə çətinlik çəkib. 

Sorğu çərçivəsində vətəndaşların yuxarı icra orqanı kimi Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanlarına inam və etimadı da öyrənilib. Sorğu iştirakçılarının 29.6%-i Nazirlər Kabinetinə tam, 29.4%-i əsasən etibar etdiyini bildirib. Respondentlərin 10.7%-i Nazirlər Kabinetinə əsasən etibar etmir, 22.9%-i heç etibar etmir. 7.5% respondent mövqe bildirməkdə çətinlik çəkib.

Sorğu iştirakçılarının 26.4%-i yerli icra hakimiyyəti orqanlarına tam, 28.8%-i əsasən etibar etdiyini bildirib. 8.5% respondent əsasən etibar etmədiyini, 30.7% heç etibar etmədiyini qeyd edib. 5.6% respondent qərarsız mövqe nümayiş etdirib.

Prezident çıxışlarında dövlətin fəaliy¬yətində ictimai rəyin nəzərə alınmasının yeni idarəçilik fəlsəfəsinin bir nömrəli tələbi, XXI əsrin sürətlə dəyişən kommunikasiya şərtlə¬rinin həlledici amili olduğunu vurğulayıb. Bu özünü cari sorğuda "Ölkə Prezidenti öz fəaliyyətində vətəndaşların rəyini nəzərə alır” fikrinə ictimai münasibətdə də göstərir. Belə ki, respondentlərin 55.6%-i bu fikirlə tam, 28.0%-i isə əsasən razı olduğunu bildirib. 5.2% respondent bu fikirlə əsasən, 7.0%-i heç razı olmadığını ifadə edib. Sorğu iştirakçılarının 4.1%-i bu suala cavab verməkdə çətinlik çəkib.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb