9 aylıq hamilə qadın vəfat edib

13:23 | 22.12.2013
9 aylıq hamilə qadın vəfat edib

9 aylıq hamilə qadın vəfat edib

Bu gün Ağdamda hamilə qadın dünyasını dəyişib. 

“Qafqazinfo” xəbər verir ki, Ağdam rayon prokurorluğundan ANS PRESS-in Qarabağ bürosuna verilən məlumata görə, bu gün saat 17:30 radələrində Ağdam rayonu Baharlı qəsəbəsində yaşayan 1977-ci il təvəllüdlü, 9 aylıq hamilə Bəxtiyarova Gülmirə Murad qızı qanaxma ilə Ağdam mərkəzi rayon xəstəxanasına gətirilib. 

Həkimlər ilkin tibbi yardım göstərsələr də 9 aylıq hamilə olan qadının həyatını xilas etmək mümkün olmayıb. Ana ilə birlikdə uşaq da tələf olub. 

Xəstəxanadan faktı təkzib etsələr də, rayon prokurorluğundan verilən məlumata görə, bu Gülmirə Bəxtiyarovanın uzun aradan sonra üçüncü hamiləliyi olub. 

İlkin araşdırma zamanı həkimlər müstəntiqə qadının kəskin qanaxmadan dünyasını dəyişdiyini bildirib. Hazırda prokurorluğun araşdırmaları davam edir.

Qafqazinfo

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM