• $
  • €
  • ₽
  • ₺
  • £

9 ildir "dünyanın sonunu" gözləyən ailəni polis belə tapdı - VİDEO

9 ildir "dünyanın sonunu" gözləyən ailəni polis belə tapdı - VİDEO
16.10.2019 17:37
Hollandiyada bağ evinin zirzəmisində "dünyanın sonunu" gözləyən ailə polislər tərəfindən tapılıb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bir kişi və 6 uşaq  faciənin yaxınlaşdığı qorxusu ilə 9 il  Ruinervold kəndində  ağaclarla əhatə olunmuş bir bağ evinin zirzəmisində yaşamalı olub.  
Sözügedən ailə qorxudan dünya və insanlarla əlaqələri tamamilə kəsmək məcburiyyətində qalıb.  Onların  fermada yetişən tərəvəzlər və saxladıqları keçi ilə sağ qaldığı bəlli olub. 

Ev sahibi kişinin 58 yaşında olduğu, uşaqlarının isə 16 ilə 25 yaşlarında olduğu bildirilib.  Hətta bildirilir ki, uşaqlar dünyada onlardan başqa insanların yaşayıb-yaşamadığından xəbərsizdirlər. 
Polis ailə ilə bağlı məumatı təsadüf nəticəsində öyrənib.

Belə ki, kənddəki kafelərdən birinin sahibi polisə zəng edərək bildirib ki, yaxınlıqdakı fermadan nimdaş  geyimli və saçı-saqqalı uzanmış 25 yaşlı bir adam çölə çıxıb və yardım istəyib. Məlum olub k, həmin şəxs ev sahibinin oğludur və 9 ildən sonra ilk dəfə çölə çıxıb. 

Araşdırmalar zamanı məlum olub ki, evin qonaq otağındakı şkafın arxasından zirzəmiyə keçə bir yol var və ailə bu müddət ərzində orada yaşayıb. Polis ailəni təxliyə edərək fermada araşdırmalara başlayıb. 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir sıra məşhur şəxslərin və şirkətlərin köhnə paylaşımlarındakı linklər dəyişdirilib
Dünya 23:55
Bir sıra məşhur şəxslərin və şirkətlərin köhnə paylaşımlarındakı linklər dəyişdirilib
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
Dünya 21:19
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol