9 yaşında universitet məzunu olmağa hazırlaşırdı, təhsilini yarıda qoydu

14:17 | 12.12.2019
9 yaşında universitet məzunu olmağa hazırlaşırdı, təhsilini yarıda qoydu

9 yaşında universitet məzunu olmağa hazırlaşırdı, təhsilini yarıda qoydu

Dünyanın ən gənc universitet məzunu olmağa hazırlaşan Loran Simons təhsilini yarımçıq qoyub.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, 9 yaşında dünyanın ən gənc universitet məzunu olmağa hazırlaşan Loran Simons ailəsinin qərarı ilə təhsilini yarımçıq qoyub. Universitet rəhbərliyinin imtahan cədvəlini qəbul etməyən Loranın valideynləri, Lidiya Simons və Aleksandr Simons Hollandiyada yayımlanan televiziya proqramlarının birində oğullarının ABŞ-ın ən yaxşı universitetinə gedəcəklərini bildiriblər.

Qeyd edək ki, L.Simons ibtidai məktəbə 4 yaşında gedib və başqa şagirdlər kimi, ibtidai məktəbin birinci sinfini bir ilə tamamlayıb. Növbəti il ərzində isə o, sürət yığaraq, artıq altıncı sinfi bitirib. O, 6 yaşında ali məktəbə - Hollandiya Universitetinə daxil olub və nəzərdə tutulan 6 illik tədris proqramını cəmi 18 aya başa vurub. Dekabrın sonunda o, universitetin elektrik mühəndisliyi üzrə diploma sahib olacaqdı.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM