Hollandiyada keçirilən “İstedadın var” (Got talent) müsabiqəsinin qalibi 9 yaşlı opera ifaçısı Amira Villihaqen olub. Müsabiqənin yarımfinalına qalması barədə xəbəri eşidən Amiranın reaksiyası çox qəribə olub.
Aparıcının onun adını elan etməsi ilə kiçik qız yerə uzanıb, əllərini və ayaqlarını havaya qaldırıb və bu vəziyyətdə hərəkətsiz qalıb. Amira bu hərəkəti ilə opera ifaçılığı ilə yanaşı aktyorluq istedadını da nümayiş etdirib. Onun bu cür hərəkət etməsi tamaşaçıları və münsiflər heyətini həm təəccübləndirib, həm də güldürüb.
ANS Press
Bizi sosial şəbəkələrdə izləyin !