91 ölkənin naziri Bakıya gələcək

15:50 | 26.09.2014
91 ölkənin naziri Bakıya gələcək

91 ölkənin naziri Bakıya gələcək

28-30 Oktyabr 2014-cü il tarixdə Bakıda ilk dəfə olaraq gerçəkləşəcək Gənclər siyəsəti üzrə I Qlobal Foruma 91 ölkənin naziri gələcək.ANN.Az xəbər verir ki, Avropa Şurası, YUNESKO (UNESCO), BMT-nin Inkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə qurumu və Azərbaycan Hökumətinin birgə həyata keçirdiyi foruma bu günə qədər 91 ölkənin nazirinin gəlməsi ilə bağlı razılıq məktubu daxil olmuşdur. Layihənin önəmini qeyd edən bir sıra ölkələrin nazirləri Bakıda keçiriləcək Forumun gənclər siyasətində yeni bir xətt, bu sahədə gələcəkdə həyata keçiriləcək böyük layihələrə başlanğıc və təkan olacağını qeyd ediblər.Səudiyyə Ərəbistanının İqtisadiyyat və Planlaşdırma naziri Professor Saleh A. Alnassar Forumun önəmindən danışarkən qeyd edib ki, əfsuslar olsun ki, hec də dünyanın ən inkişaf etmiş ölkələrində belə gənclər siyasəti sahəsi haqda qanunlar qəbul edilib, bu istiqamətdə işlər aparılmır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM