91 yaşlı adamın ağ ciyərindən baxın nə çıxdı - FOTO

17:13 | 23.08.2019
91 yaşlı adamın ağ ciyərindən baxın nə çıxdı - FOTO

91 yaşlı adamın ağ ciyərindən baxın nə çıxdı - FOTO

Türkiyənin Elazığ bölgəsində yaşayan 91 yaşlı Keko Ateş öskürək və nəfəs çatışmazlığı şikayəti ilə xəstəxanaya müraciət edib.

Anews.az Türkiyə mediasına istinadla rentgen filmi çəkilərək adamın sinəsində 10 santimetrlik mismar olduğu müəyyən edilib. Ateşin nəfəs borusundan sağ ağ ciyərinə gedən mismar əməliyyatla çıxarılıb.

24 il əvvəl qırtlaq xərçəngi olması səbəbi ilə qırtlağı çıxarılan adam boynundan nəfəs borusuna açılan dəlik vasitəsilə nəfəs alır.
Adam nəfəs borusundakı bu dəliyi mismar vasitəsilə təmizləmək istəyərkən ehtiyatsızlıq edərək mismarın nəfəs borusuna getməsinə səbəb olub.

Elazığ şəhər xəstəxanasının həkimi Murad Kılıç açıqlama edərək nadir görülən belə xəstələrə təcili müdaxilənin vacib olduğunu, əks halda xəstənin həyatının təhlükədə olduğunu bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM