95 istilik radiatorunu oğurlayan şəxslər tutuldu

21:00 | 10.12.2018
95 istilik radiatorunu oğurlayan şəxslər tutuldu

95 istilik radiatorunu oğurlayan şəxslər tutuldu

Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qızılağac kəndi ərazisindəki mağazaların birinin həyətində olan transformatorun alüminiumdan olan sarğısını sökərək oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən Anews.az-a verilən məlumata görə, araşdırmalarla Çayarxı kənd sakini olan Fərid Hacıyevin digər əməllərinin də üstü polis əməkdaşları tərəfindən açılıb. 

Onun həmkəndlisi Rəşad Əliyevlə birgə şəhərdəki inzibati binaların birindən 95 ədəd istilik radiatorunu, 258 metr metal su borusunu və məişət əşyalarını oğurlamağa cəhd göstərdikləri müəyyən edilib. Görülən tədbirlərlə R.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb