ANN.Az "Reuters"ə istinadən xəbər verir ki, Türkiyənin sərhədindən 30 kilometr kənarda yerləşən El Bab qəsəbəsində yerləşən həbsxanadan qaçanların hələ ki, hansı istiqamətə getdikləri bəlli deyil. Suriyada fəaliyyət göstərən vətəndaş cəmiyyəti qaynaqlarının verdiyi məlumata görə, qaçanların arasında ictimai fəallar da var. İŞİD rəsmiləri qaçanların axtarılıb tapılması və yerindəcə edam edilməsinə dair göstəriş verdiyi bildirilir.
Bəzi ekspertlərin sözlərinə görə, İŞİD nəzarətində olan həbsxanadan bu qədər əsirin qaçması terrorçu qruplaşma arasında zəifliklərin yaranmasına işarədir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !