“Bu gün ölkə başçısını və elmi ictimaiyyəti narahat edən məsələ onların elmi-pedaqoji kadrların yaş həddidir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə Elmin inkişafı üzrə Milli Strategiya”da da qeyd olunub ki, respublika üzrə elmlər doktorlarının və elmlər namizədlərinin yaş hədləri dünya elmi ilə müqayisədə Azərbaycan elmində təhlükəli həddə gəlib çatan qocalma tendensiyalarından xəbər verir”.APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov doktorantların və gənc tədqiqatçıların XVIII respublika elmi konfransında çıxışı zamanı deyib.O bildirib ki, statistik rəqəmlərin təhlili maraqlı nəticələri ortaya çıxarıb. Nazir müavinin sözlərinə görə, keçən il Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində çalışan 9506 elmi-pedaqoji işçinin arasında 30 yaşa kimi elmlər doktoru olmayıb, fəlsəfə doktorlarının sayı isə cəmi 46 nəfər (0,48%) olub. C.Bayramov qeyd edib ki, mövcud elmi potensialın qorunub saxlanması və gənc kadrların hazırlanması ali təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biridir: “Doktorantların səmərəli fəaliyyət göstərməsi üçün ali məktəblərdə bir sıra tədbirlər həyata keçirilir. Gələcəkdə daha gənc insanların elmə gəlməsi üçün mühüm işlər görülməlidir”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !