Ağ Ev İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

20:19 | 16.04.2024
Ağ Ev İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

Ağ Ev İrana qarşı yeni sanksiyalar tətbiq edəcək


Ağ Ev Tehranın İsrailə hücumu fonunda yaxın günlərdə İrana qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.Bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen Vaşinqtonda keçirdiyi mətbuat konfransında danışıb.

"Sanksiyalar baxımından yaxın günlərdə İrana qarşı əlavə sanksiyalar tətbiq edəcəyimizi gözləyirəm. Tətbiq etmək niyyətində olduğumuz sanksiyalar barədə əvvəlcədən danışmırıq”, - deyə nazir bildirib.

Aprelin 13-də axşam İran aprelin 1-də İranın Suriyadakı konsulluğunun binasının dağıdılmasına cavab olaraq İsrailə doğru onlarla pilotsuz təyyarə və raketlər atıb. Hücum təxminən beş saat davam edib. İsrail ona atılan raketlərin və pilotsuz təyyarələrin 99%-ni vurduğunu bildirib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb