Ağ Evin adı çəkilməyən məmuru İsrailin baş naziri Binyamin Netanyahunu emosiyalara qapılaraq siyasi səbirsizlik göstərməkdə günahlandırıb.
İsrail baş naziri Binyamin Netanyahu ABŞ konqressi qarşısında çıxışı zamanı nüvə probleminin həlli barədə heç bir alternativ variant təklif etməyib.
ANS PRESS-in məlumatına görə, bu sözləri ağ ev rəsmisinin sitatından qərb mətbuatı önə sürüb.
"İrandan sadəcə kapitulyasiya tələb etmək; bu plan deyil və heç bir hökümət bizi belə mövqe tutduğumuza görə dəstəkləyə bilməz. Baş nazir konkret fəaliyyət planı irəli sürmədi”- deyə jurnalistlərin həmsöhbəti bildirib.
O qeyd edib ki, Netanyahunun çıxışı "(İranda) nüvə probleminin həllinin vacibliyinə yox, rejimin dəyişilməsinin vacibliyinə” yönəlib.
Qeyd edək ki, daha əvvəl Vaşinqtonda çıxışı zamanı Netanyahu bildirib ki, "altılıq” ölkələr və İran danışıqları onun xoşuna gəlmir. Konqresdə alqışlansa da Netanyahunun təhrifçi və Amerikanı müharibəyə sürükləmək istəyi ölkədə birmənalı qarşılanmayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !