Ağ Ev Birləşmiş Ştatların keçmiş kəşfiyyatçı Edward Snowden-in bağışlanmasına dair petisiyanı rədd edib. Snowden-in beynəlxalq reaksiya doğurmuş, ölkənin əsas müttəfiqləri ilə münasibətlərini korlamışdı.
168 min nəfərin imzaladığı petisiyaya Prezident Barack Obama-nın daxili təhlükəsizlik məsələləri üzrə müşaviri Lisa Monaco iyulun 28-də cavab verib və deyib ki, Snowden məhkəmə qarşısında cavab verməlidir.
"O, Birləşmiş Ştatlara qayıtmalı və mühakimə olunmalıdır, avtoritar rejimin örtüyü altında gizlənməməlidir,” Monaco deyib. "Hazırda o, hərəkətlərinə cavab verməkdən yayınır”.
Snowden 2013-cü ildə Rusiyadan sığınacaq istəyib. Bundan öncə ABŞ Milli Təhlükəsizlik Agentliyinin internet və telefon sənədlərini, xarici müttəfiqlərini izləməsinə dair sənədlər təqdim edib.
Bu açıqlamalardan sonra ABŞ nəzarət proqramına islahatlar edib, ancaq Ağ Ev bütün bunların təhlükəsizliyinə ziyan vurduğunu bildirib. Snowden-in Moskvadakı səfiri deyir ki, Ağ Ev onu "hüquqi” deyil, "siyasi” səbəblərdən bağışlamaq istəmir. /azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !