Ağ Ev Ukraynaya 1 milyard təklif edir

16:38 | 06.11.2015
Ağ Ev Ukraynaya 1 milyard təklif edir

Ağ Ev Ukraynaya 1 milyard təklif edir

Ağ Ev Ukraynaya üçüncü dəfə 1 milyard dollarlıq kredit təklif edib. Bu kreditin ayrılması Ukraynanın korrupsiyanın ləğvi, vergilər sahəsində islahatlarından asılı olacaq.

Vitse-prezident Joe Biden ukraynalı həmkarı Petro Poroshenko ilə telefonla danışıb, deyib ki, Birləşmiş Ştatlar Ukraynaya kömək etməyə hazırdır, ancaq Kiyev də iqtisadi islahatlar həyata keçirməlidir.

Hazırda Beynəlxalq Valyuta Fondunun ayırdığı 1.7 milyard dollarlıq kredit Ukrayna parlament və Maliyyə Nazirliyi arasında mübahisə üzündən müvəqqəti dayanıb. Səbəb vergilərin azaldılması təklifidir.

Baş nazir Arseny Yatseniuk noyabrın 4-də xəbərdarlıq edib ki, vergilərin azaldılması planı üzrə mübahisə hökumətin gələn ilki büdcəsini və buna bağlı Qərb maliyyəsini yubadır. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM