Bir neçə gün öncə Ağ Evin dəmir hasarını aşaraq Şərq Salonuna qədər gəlib çıxan və üzərində bıçaq olan adamı vaxtında saxlaya bilmədiyinə görə Məxfi Xidmət Direktoru istefa verib.ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Ağ Evin təhlükəsizlik şefi Julia Pierson istefa verib.Məxfi Xidmət Direktoru Julia Piersonun istefa xəbərini ABŞ Daxili Təhlükəsizlik naziri Jeh Johnson açıqlayıb. Johnson açıqlamasında, "Bu gün ABŞ Gizli Xidmət Direktoru Julia Pierson istefasını təqdim etdi və qəbul etdim. Onun Məxfi Xidmət və ölkəyə olan 30 illik uğurlu xidmətlərini təqdir edirəm" - ifadəsini işlədib.Nazir Johnson xanım Piersonun yerinə Məxfi Xidmətin ABŞ prezidentinin müdafiəsi üçün cavabdeh olan hissəsinin keçmiş başçısı Cozef Clancy-nin müvəqqəti olaraq icra edəcəyini bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !