ABŞ Suriya məsələsi ilə bağlı Rusiyayla məhdud danışıqlara başlamağa hazırdır.
ANS PRESS-in məlumatına görə, prezident Barak Obamanın administrasiyası Suriyada İŞİD-ə qarşı "taktiki, praktik müzakirələr aparmağa hazırdır", - deyə Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.
Beynəlxalq mətbuatda Rusiyanın Suriya ərazisinə göndərdiyi həbi silahlar haqqında çıxan xəbərlərdən sonra Ağ Ev bəyanatla çıxış edib.
Rusiya hər iki ölkənin silahlı qüvvələrinin nümayəndələri arasında danışıqlar aparmağı təklif edib. Bir çox qərb siyasətçiləri ehtiyat edirlər ki, Rusiya tərəfindən Suriyaya göndərilən hərbi silahlar ölkə prezidenti Bəşər Əsədin hakimiyyətdə qalmasına xidmət edəcək. Hərçənd, Rusiya bildirir ki, silah çatdırmaları mövcud müqavilə çərçivəsində həyata keçirilir və İŞİD terror qruplaşması ilə mübarizədə Dəməşqə bu silahlar mütləq şəkildə lazımdır.
"Başa düşmək çətindir ki, bu məsələdə onlar əsas preoriteti nədir?" - deyə Coş Ernest Ağ Evdə keçirilən brifinq zamanı bildirib.
Bəşər Əsədin hakimiyyətinə qarşı baş verən üsyan zamanı Rusiya ona diplomatik, texniki və siyasi yardım göstərməkdən imtina edib. Baxmayaraq ki, bütün bu vaxt ərzində Suriyada gedən münaqişə nəticəsində 240 min insan həyatını itirib. Bir neçə milyon insan isə ölkədən qaçmaq məcburiyyətində qalaraq, miqrant statusu alıb.
Rusiya bildirir ki, Bəşər Əsədin ordusu ölkəni İŞİD silahlı birləşmələrindən qoruyur.
Bir çox qərb hökumətləri prezident Əsədi Suriyada yaranmış xaosun günahkarı hesab edir. Bu da öz növbəsində, İŞİD terror qruplaşmasının yaranmasına şərait yaradıb.
Lakin analitiklər qeyd edirlər ki, ABŞ tərəfindən aparılan hərbi kampaniya hələ də istənilən nəticəni vermir. Lakin Suriya müxalifəti radikal qruplaşmalarla münaqişədə itki verir. "Ağ Ev Suriyaya Rusiya tərəfindən edilən köməkdə maraqlı ola bilər", - deyə analitiklər bildirirlər.
Amerika ilə Rusiya arasında Suriya məsələsi ilə bağlı danışıqların aparılıb-aparılmayacağı məlum deyil. Həmçinin danışıqların hərbi və ya mülki şəxslər tərəfindən aparılacağı faktoru da məlum deyil. Rusiya ilə Amerika silahlı qüvvələri arasında danışıqlar isə Rusiyanın Krımı zəbt etməsindən sonra 2014-cü ilin yazından rəsmi olaraq dayandırılıb.
Həmin vaxt Suriyanın xarici işlər naziri al-Muallem Validi bildirdi ki, ehtiyac olduğu halda ölkəsi birgə hərbi əməliyyatların keçirilməsi haqqında xahişlə Rusiyaya müraciət edə bilər.
"İndi birgə hərbi əməliyyatlar baş vermir, lakin buna ehtiyac yaranarsa, biz bu məsələ ilə bağlı Rusiyadan kömək istəyə bilərik", - deyə xarici işlər naziri yerli dövlət telekanalardan birinə çıxışı zamanı bildirib.
"Hələ ki, Suriya ordusu sərbəst şəkildə mübarizə apara bilir. Bizə hal-hazırda həqiqətən də döyüş sursatları və keyfiyyətli silahlar lazımdır. Bu silahlar vasitəsi ilə biz müasir silahlarla təmin terror birləşmələrinə qarşı mübarizə apara bilərik", - deyə al- Muallem qeyd edib.
Suriyanın Xarici İşlər Nazirliyinin başçısı Rusiya ilə Dəməşqin əlaqələrini strateji əlaqələr adlandırıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !