Vaşinqtonda Ağ Evin qarşısında İran əleyhinə aksiya keçirilib.
Onlar "azadlıq”, "ədalət”, "milli hökumət”, "Güney Azərbaycan İran deyil” şüarlarımı səsləndiriblər.
Daha sonra İran hakimiyyətinin insanlığa, dinə və əxlaqa sığmayan əməllərdən çəkinməsini və qonşu ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmasını tələb edən qətnamə oxunub.
Aksiyada eyni zamanda İran hüquq mühafizə orqanları tərəfindən qətlə yetirilən şəxlərin şəkilləri nümayiş olunub və nümayişlərdə həbs olunan gənclərin azad olunması tələb olunub.
İki saat davam edən aksiya insidentsiz başa çatıb.
İranda etirazlarda 462 nəfər həlak olub. Onlardan 64-ü 18-dən az yaşı olan şəxslərdir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !