ABŞ-da yaşayan banqladeşlilər "Camaat-i İslam" liderləri haqqındakı edam qərarına paytaxt Vaşinqtonda Ağ Ev qarşısında etiraz ediblər.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, aksiyaya Nyu York, Nyu Cersi, Pensilvaniya və Şimali Karolinadan gələn qadın, kişi və uşaqlardan ibarət olan təxminən min banqladeşli Ağ Ev qarşısında toplaşıb. Əllərində "Banqladeşdə etirazçıları öldürməyi dayandırın", "Camaat-i İslami liderlərini dərhal sərbəst buraxın", "Banqladeşdə insan haqlarını qoruyun" yazılı plakatlar daşıyan qrup "Camaat-i İslami liderləri üçün ədalət istəyirik", "Azad demokratiya azad Banqladeş" şüarları səsləndirib.Polis təhlükəsizlik tədbirləri üçün gücləndirilimiş rejimdə çalışıb.Qeyd edək ki, Banqladeşdə 1971-ci ildə Pakistandan müstəqillik uğrunda gedən döyüşlər əsnasında baş verən hərbi cinayətləri araşdıran Beynəlxalq Cinayət Məhkəməsinin "Camaat-i İslam" liderləri haqqında verdikləri edam hökmləri böyük etiraza səbəb olmuşdu.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !