AA seriyalı avtomobil qaydaları belə pozdu

00:18 | 23.02.2018
 AA seriyalı avtomobil qaydaları belə pozdu

AA seriyalı avtomobil qaydaları belə pozdu

Son günlər ölkə mətbuatında AA seriyalı avtomobillərin qanunsuz olaraq qadağan edilmiş işıqlardan, səs siqnallarından, plyonkalardan istifadə etməsi, yol hərəkəti qaydalarını kobud surətdə pozması ilə bağlı xəbərlərin sayı artıb. 

Belə avtomobillərdən biri də 90-AA-321 dövlət nömrə nişanlı "Mercedes Benz S630" markalı avtomobildir. 

BiG.AZ-a daxil olan məlumata görə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimova məxsus olduğu iddia edilən, 90-AA-321 dövlət nömrə nişanlı xidməti avtomobili dayanma-durmanın qadağan olunmuş yerdə saxlayaraq qaydaları kobud şəkildə pozub. 

Bu barədə BiG.Az-a danışan yol-nəqliyat üzrə ekspert Elməddin Muradlı bunun kobud şəkildə qayda pozuntusu olduğunu və bunun cəmiyyətə qarşı hörmətsizlik olduğunu bildirib: 

"Burada maşın saxlamaq qəti qadağandır. Göründüyü kimi dayanma durma qadağandır işarəsi də qoyulub və üstəlik də həmin avtomobil səkidə maşın saxlayıb. Dayanma durma qaydalarını pozduğuna görə həmin avtomobil 20 AZN məbləğində cərimə edilə bilər. Bununla yanaşı əlillər üçün quraşdırılmış pandusu da tapdalayıb. Onlar da yumşaq materialdan olduğu üçün tez sıradan çıxa bilər. Ona külli miqdarda vəsait xərclənir və bunun kimi sürücülər də o pandusları tapdalayaraq zədələyir. Bu da kobud qayda pozuntusudur və cəmiyyətə açıq-aşkar şəkildə hörmətsizlikdir".
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti