“Krokus Siti Holl”da baş tutan “Kainat gözəli 2013” yarışmasında qalib gələn Venesuela gözəli Qabriela İslerin plastik əməliyyat etməsi ilə bağlı yayılan xəbərlərə Venesuelanın “gözəllik fabriki” adlandırılan “Miss Venezuela” təşkilatının direktoru da münasibət bildirib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qalib gəldikdən sonra Gabriela İslerin sosial şəbəkələrdə yayılan fotoları onun plastik əməliyyat etdirməsi ilə bağlı şayiələrin yayılmasına səbəb olub. “Miss Venezuela”nın direktoru Osmel Sousa yayılan şayiələri təkzib edib, eyni zamanda qadınların gözəllik üçün bıçaq altına girmələrində də qeyri-adi bir şey olmadığını deyib. Uzun müddət “Miss Venesuela” müsabiqəsinə rəhbərlik edən Sousa Qabriela İslerin belə bir əməliyyata ehtiyacının olmadığını qeyd edib: “Bəzi insanlar var ki, möhtəşəm qələbə əldə etmiş qızın zəhmətini heçə endirmək istəyirlər. Onlar İslerin 13 yaşlı yeniyetməlik fotosu ilə son fotolarında müqayisələr aparırlar. Mariya Gabriela İsler qəti şəkildə təsdiqləyir ki, heç bir əməliyyat olmayıb”.Qeyd edək ki, müsabiqənin təşkilatçaları Emin və Araz Ağalarovlar olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !