Bir müddət əvvəl "Arminfo.info" adlı erməni informasiya saytında Aşot Safaryan adlı müəllif Azərbaycanın neft diplomatiyasının Avropa Birliyinə qarşı hörmətsiz münasibətindən və bu ölkəyə təzyiqin artıtılmasından bəhs edən yazı nəşr edilib. Həmin yazını təqdim edirik:
"Avropada fəaliyyət göstərən Ermənistan təşkilatı Avropa Birliyinin Azərbaycana qarşı mövqeyini əks etdirən sərt qətnamənin qəbul edilməsi üçün böyük töhfə verdi", - Avropa komitəsinin üzvü olan "Hay Dat" təşkilatının təmsilçisi Peto Dəmirçiyan deyib.
Dəmirçiyan qeyd edib ki, bu, 2012-ci ildən bəri Azərbaycana qarşı qəbul edilmiş 4-cü qətnamədir. "Mənim bildiyim qədəriylə, Azərbaycan tərəfi sonuncu qətnaməni neytrallaşdırmaq üçün çalışır. Ancaq onların nəyəsə nail olacağına şübhə edirəm. Onların neft diplomatiyası heç bir əndazəyə sığmır, AB Azərbaycanın avtoritar idarəçiliyinə tənqidi mövqeyini artırır", - Dəmirçiyan bildirib.
O qeyd edib ki, "Hay Dat" Azərbaycanda insan hüquqlarının pozulması faktları barədə AB-ni məlumatlandırır. "Əgər Azərbaycan hökuməti öz siyasətini davam etdirsə, real sanksiyalarla üzləşəcək, biz isə bu prosesin sürətlənməsi üçün əlimizdən gələni edəcəyik", - deyə Peto Dəmirçiyan bildirib.
ANN.Az
http://www.arminfo.info/index.cfm?objectid=7F9CA220-40B4-11E4-86440EB7C0D21663