Avropa Birliyinin xarici siyasət rəhbəri deyir ki, İranla nüvə sazişi "yaxındadır". Federica Mogherini tərəfləri gələn həftə Cenevrədə keçiriləcək danışıqlardan əvvəl siyasi iradə göstərməyə çağırıb. O, fevralın 24-də deyib ki, "bu imkanı qaçıra bilmərik".
Fevralın 23-də danışıqlarda müəyyən irəliləyiş olduğu bildirilir. ABŞ və İran diplomatları Cenevrədə görüşüblər. Ancaq saziş əldə olunması üçün görülməli çox işin qaldığı da vurğulanıb.
İranın xarici işlər naziri Mohammad Javad Zarif deyib ki, danışıqlar "faydalı, konstruktiv və ciddi" keçib, ancaq gediləsi "uzun bir yol" var.
Danışıqlar martın 2-də İsveçrədə davam etdirilməlidir.
Azadliq.org
Bizi sosial şəbəkələrdə izləyin !