AB-nin Ermənistandan gözləntisi var

23:20 | 03.11.2015
AB-nin Ermənistandan gözləntisi var

AB-nin Ermənistandan gözləntisi var


Avropa Birliyi (AB) ümid edir ki, Ermənistanla yeni siyasi və iqtisadi razılaşma üzrə danışıqlar "üçüncü tərəfin mənfi müdaxiləsi” ilə pozulmayacaq. Bunu AB-nin Yerevandakı nümayəndəliyinin rəhbəri, səfir Piotr Switalski noyabrın 1-də Azad Avropa/Azadlıq Radiosuna bildirib.

"Ümid edirəm, Ermənistanla danışıqlar apardığımız bütün məsələlər bu ölkənin suveren qərarına əsaslanacaq. Ümidvaram bu dəfə mürəkkəbliklərdən, qəfil dəyişmələrdən yayına biləcəyik,” Switalski deyib.

Ötən ay AB Avropa Komissiyasına səlahiyyət verib ki, Yerevanla danışıqlara başlasın. Tərəflər iki il öncə Assosiasiya Razılaşmasını demək olar yekunlaşdırmışdılar. Ancaq 2013-cü ilin sentyabrında Ermənistan prezidenti Serzh Sarkisian qəfildən sənədin imzalanmasını ertələdi. O, ölkəsinin Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi Birliyinə girməsinə qərar verdi.

Bu qərarın verilməsində Rusiyanın təsirinin böyük rol oynadığı bildirilib.

Daha sonra Brüssel və Yerevan elə bur saziş üzrə danışıqlara başladılar ki, Ermənistanın Avrasiya Birliyindəki öhdəliklərinə zidd olmasın. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM