AB Türkiyəyə 3 milyard təklif edir

14:10 | 16.10.2015
AB Türkiyəyə 3 milyard təklif edir

AB Türkiyəyə 3 milyard təklif edir


Avropa Birliyi Türkiyənin Avropaya miqrant axınını əngəlləyəcəyi halda Ankaraya bir neçə təklif irəli sürüb – 3 milyard avro (3.4 milyard dollar) yardım, daha asan viza şərtləri və bloka üzvlük danışıqlarının "canlandırılması”.

AB liderləri oktyabrın 16-da Brüssel sammitinin yekununda deyiblər ki, Türkiyə prezidenti Tayyip Erdogan-la fəaliyyət planını razılaşdırıblar. Məqsəd Türkiyədəki 2 milyon suriyalı qaçqının həyatını yaxşılaşdırmaq və onları elə orda qalmağa həvəsləndirməkdir.

Tərəflər həmçinin Asiyadan Türkiyəyə keçən miqrant axınını yavaşıtmaq üçün sərhəd nəzarətini koordinasiya etməyə razılaşıblar.

"Əsaslı və konkret yeni məbləğlər” açıqlanmasa da, Almaniya kansleri Angela Merkel deyib ki, Ankaranın xahiş etdiyi 3 milyard avro ağlabatan görünür və müzakirə olunub. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM