AB-yə üzv olan 7 ölkə Ukrayna üçün toplanır

09:50 | 24.02.2014
Avropa Birliyinə üzv olan 7 ölkə Ukraynadakı mövcud vəziyyəti müzakirə edəcək. ANS PRESS-in xəbərinə görə, toplantıda Vışeqrad kvarteti - Macarıstan, Çexiya, Polşa və Slovakiya, habelə Yunanıstan, Bolqarıstan və Rumıniyanın xarici işlər nazirləri iştirak edəcəklər. Toplantıda həmçinin Suriya böhranı, bu ölkədəki qaçqın problem və enerji layihələri də müzakirə olunacaq. Qeyd edək ki, Vışeqrad kvartetinin ötən ilin oktyabr ayında Macarıstanda keçirilən toplantısında Türkiyə, Avstriya və Litvanın da xarici işlər nazirləri iştirak etmişdi.ANN.Az

Tərəfdaşların xəbərləri

REKLAM