ABB kiçik sahibkarlar üçün yaradılmış ABB Biz
tətbiqi haqqında video təqdim edib. Video-da sahibkarların işini
yüngülləşdirərək onları əlavə qayğılardan azad edən ABB Biz tətbiqinin kiçik bizneslər
üçün yaratdığı böyük imkanlar diqqətə çatdırılır.
ABB Biz tətbiqi sadə və gözoxşayan müştəri
təcrübəsi ilə kiçik bizneslərin gündəlik bank əməliyyatlarını, əvvəldən sona
rəqəmsal kreditləşmələrini, müxtəlif ödəniş alətlərini və hətta həyatlarını
asanlaşdıracaq "Beyond banking” həllərini əhatə edir.
Belə ki, fərdi sahibkarlar ABB Biz tətbiqi
vasitəsilə qeydiyyatdan keçə, hesab aça, debet kart sifariş edə, sərfəli
şərtlərlə və əvvəldən sona tam rəqəmsal təcrübə ilə, girovsuz, zaminsiz kredit
ala bilərlər.
"E-Mühasibim” həlli ilə tətbiq üzərindən vaxt
itirmədən sadələşdirilmiş vergi bəyannaməsi formalaşdırmaq, avtomatik
hesablanmış vergi məbləğinin rahat ödənişini həyata keçirmək olar.
Hazırda ABB Business tətbiqindən istifadə edən sahibkarlar da ABB Biz-ə daxil olaraq bu tətbiqin geniş imkanlarından faydalana bilərlər.
ABB Biz haqqında yeni videonu buradan izləmək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !