ABB-də endirimli cümə fürsətləri

22:05 | 21.11.2022
ABB noyabrın son həftəsinə özəl yeni kampaniyaya start verib.

Kampaniya çərçivəsində 22 noyabrdan 25 noyabra qədər TamKart kredit kartı əldə edən müştərilər dekabrın 15-ə kimi onlayn, taksit və birdəfəlik alış-verişlərinin cəmi 100 manatdan 300 manata qədər olduqda 10 manat, 300 manatdan çox olduqda isə 30 manat hədiyyə qazanacaqlar. Kampaniya bütün TamKart kredit kartlarına şamil olunur. 

Fürsətlər bununla bitmir. 22 noyabrdan 25 noyabra qədər ABB-dan nağd pul krediti əldə edən müştərilər TamKart debit, Azercell kobrend, ABB-Miles debet kartlarını  65% endirimlə əldə edəcəklər. Tək halda TamKart debet, Azercell kobrend, ABB-Miles debit kartlarını əldə edən müştərilər isə 30% endirim qazanacaqlar.

Bundan başqa, müştərilər ABB-nin kartları ilə bu müddətdə NLT, Bytelecom, SmartOn və ASUS Brandstore mağazalarında bütün məhsulları 24 ay taksitlə ala biləcəklər.

Kampaniya müddətində ABB miles və Azercell kobrend kartları ilə geyim və elektronika dükanlarında, gözəllik və SPA mərkəzlərində toplam 300 manatdan çox ödəniş edən müştərilər ABB miles kartlarına 2000 mil, Azercell kobrend kartlarına isə 3 qat bonus hesablanaraq, toplam 2000 bonus qazanacaqlar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM