Bizneslərin etibarlı tərəfdaşı
olan ABB, onlar üçün daha bir sərfəli imkan yaradıb. Sahibkarlar artıq ABB-nin
POS-terminalları üzərindən AniPay sistemi ilə QR ödənişlərini qəbul edə
bilərlər.
Belə ki, müştəri alış-verişdən
sonra mobil telefonunda ABB mobile bank tətbiqini açaraq QR-la rahat şəkildə
ödənişini aparır. ABB bu layihəni "NBA
Technologies International” MMC şirkəti ilə birgə reallaşdırıb.
Ödənilən məbləğ dərhal biznes
subyektinin hesabına daxil olur. Bu yeniliyin bizneslər üçün əsas
üstünlüklərindən biri də komissiya haqlarının son dərəcə sərfəli olmasıdır.
Üstəlik, sentyabr ayının
sonunadək xidmətdən istifadə tamamilə komissiyasızdır. Xidmətdən istifadə etmək
üçün müraciət edə bilərsiniz:
https://tamkart.az/partners/partner-with-us
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !