Bakıda ilk dəfə təqdim olunan velosiped kirayəsi
layihəsi ABB-nin və Bankın beynəlxalq tərəfdaşı Mastercard şirkətinin dəstəyi
ilə həyata keçirilib. Velosipedləri Bakıdakı 50-dən artıq parklanma yerindən
kirayə götürmək mümkündür.
Sərnişinlərin rahat istifadəsi üçün parklanma
yerləri metro stansiyalarına, avtobus dayanacaqlarına, təhsil müəssisələrinə və
iri ticarət mərkəzlərinə yaxın ərazilərdə yaradılıb. Bu məkanlarda velosipedlərin
kirayə qaydası ilə bağlı məlumat lövhələri də yerləşdirilib.
Xüsusi QR kodlar vasitəsilə "Apar” tətbiqinə
daxil olub velosipedlərdən istifadə imkanlarını aktivləşdirmək, yaxud deaktiv
etmək, xidmət haqqının ödənişini təmassız yerinə yetirmək olar.
"Apar” şirkətinin reallaşdırdığı bu layihə
paytaxt sakinlərinə, turistlərə Bakıda təhlükəsiz səyahət imkanı yaradır. Velosiped
kirayəsi xidməti şəhərdə tıxac və parkinq problemlərinin minimallaşdırılmasına da
mühüm töhfədir. ABB və Mastercard xidmət istifadəçilərinə ödənişlər zamanı müxtəlif
endirim fürsətləri də yaradacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !