Ölkəmizdə sektorun ən yaxşı işəgötürəni
olmağı qarşısına hədəf qoymuş ABB "The Brandon Hall Group” beynəlxalq təşkilatının
2 Mükəmməllik Mükafatına layiq görülüb. Mükafatlardan biri Bankda istedadların
idarə olunması ilə bağlıdır. Digəri isə öyrənmə və inkişaf istiqamətindədir.
ABB hər iki mükafata əməkdaşlar üçün təşkil etdiyi "Gələcəyin Liderləri” proqramına
görə layiq görülüb.
Bank 6 aylıq proqramı bu sahədə ixtisaslaşmış
beynəlxalq BTS konsaltinq şirkəti ilə birgə həyata keçirib. Proqramda seçim
prosedurlarından keçmiş 30 əməkdaş iştirak edib. Onlar üçün müxtəlif liderlik
mövzularını öyrədən fərdi seminarlar təşkil olunub və iştirakçıların fərdi
inkişaf planları hazırlanıb. Belə proqramlarda məqsəd yüksək potensiallı əməkdaşların
inkişafına dəstək vermək, ABB-nin cari və gələcək layihələri üçün peşəkar
bacarıqlara malik biznes liderləri hazırlamaqdır.
"The Brandon Hall Group”un nüfuzlu mükəmməllik
mükafatları qlobal biznes və HR icmasında kifayət qədər populyardır. Bu
mükafatlar ayrı-ayrı şirkətlərin öyrənmə və inkişaf, istedadların idarə edilməsi,
əməkdaşların liderlik bacarıqlarının inkişaf etdirilməsi, təşkilati təkmilləşdirmə
və s. bu kimi sahələrdəki nailiyyətlərini qiymətləndirir. İnsan kapitalının idarə
edilməsində mükəmməlliyi vurğulayır. Sözügedən mükafatların təqdim olunması
üçün əhatəli təhlil və qiymətləndirmələr aparılır. Seçim prosedurlarına görə bu
mükafatlar müvafiq kateqoriyalarda ən yüksək standart meyarı sayılır.
1993-cü ildən fəaliyyət göstərən "The Brandon
Hall Group” peşəkar inkişaf şirkəti kimi təşkilatlara data, araşdırma,
sertifikatlaşdırma və s. sahələrində dəstək verir. Qurum indiyə qədər dünyanın
müxtəlif ölkələrində 10 000 000-dan çox işçinin fərdi inkişafına təsir göstərən
layihələr həyata keçirib, təşkilatlarda müvafiq istiqamətlərdə mükəmməlliyi
gücləndirib və sertifikatlaşdırma aparıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !