ABB və İsveçrənin Crossinvest Şirkətlər Qrupu
arasında COP29 çərçivəsində müqavilə imzalanıb. Müqavilə İsveçrə birjasında
(SIX Swiss Exchange) Yaşıl Aktiv İdarəolunan Sertifikatın (Green AMC) yerləşdirilməsi
üzrə əməkdaşlığı nəzərdə tutur.
Crossinvest Şirkətlər Qrupu İsveçrənin aktivlərin
idarə edilməsi sahəsində tanınmış investisiya qurumlarındandır. Şirkətin
investisiya məsləhətçiliyi və təşkilatçılığı ilə ABB üçün İsveçrə Birjasında
(SIX Swiss Exchange) 10 milyon ABŞ dolları məbləğində, ortalama AA- investisiya
reytinqinə malik yaşıl sertifikatlardan ibarət Aktiv İdarəolunan Sertifikat
(Green AMC) yerləşdiriləcək.
Bu investisiya imkanı müştərilərə ABB İnvest şirkəti
vasitəsilə təklif ediləcək.
Crossinvest şirkətlər qrupunun rəhbər heyətinin
üzvü və inkişaf etməkdə olan ölkələr üzrə rəhbəri Fəqan Nağıyev bildirib ki, Azərbaycan maliyyə bazarında bir ilk olacaq
bu layihə ABB-nin dayanıqlı inkişafa və yaşıl investisiya prinsiplərinə
sadiqliyini göstərir.
Şirkətin Baş investisiya direktorunun müavini
Daniel Wuest isə belə bir anlaşmanın İsveçrə
və Azərbaycan maliyyə institutları arasında əməkdaşlığı yeni inkişaf mərhələsinə
yüksəldəcəyinə əmin olduğunu vurğulayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !