ABB-nin tərəfdaşlığı ilə ADA Universitetində
keçirilən "Karyera Həftəsi” başa çatıb. "Karyera Həftəsi”nə ümumilikdə 137-dən
çox qurum qatılıb. Tədbir ərzində müxtəlif biznes qurumlarının, o cümlədən
ABB-nin təmsilçiləri tələbə və məzunlar üçün təqdimatlar edərək ölkəmizin əmək
bazarındakı mövcud imkanlar haqqında ətraflı məlumat veriblər.
Layihə "Karyera Sərgisi” ilə tamamlanıb. "Karyera
Sərgisi”ndə tələbə və məzunlar tərəfdaş qurumların insan resursları üzrə təmsilçiləri
ilə ünsiyyətdə olaraq mövcud vakansiyalar haqqında məlumatlar əldə ediblər.
Onlara müraciət və işəqəbul prosedurları barədə ətraflı məlumat verilib.
"Karyera Həftəsi” zamanı müvafiq prosedurlar əsasında
10 tələbə seçilib. Onlar xüsusi seçimlə ABB-nin Təcrübə proqramına qatılmaq
imkanı qazanıblar. Karyera tədbirlərinə verdiyi baş sponsorluq dəstəyinə görə
ABB-yə ADA-nın mükafatı təqdim olunub.
Belə layihələrin məqsədi tələbə və məzunları
ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanış etməkdir. Sektorun ən
yaxşı işəgötürəni olmağı qarşısına hədəf qoymuş ABB bu cür faydalı layihələri fəal
şəkildə dəstəkləyir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !