• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-nin səhmlərinə abunə yazılışı başa çatdı!

ABB-nin səhmlərinə abunə yazılışı başa çatdı!
11.09.2024 11:48
10 sentyabr 2024-cü ildə ABB-nin səhmlərinə abunə yazılışı başa çatıb. "ABB səhmdarı ol! - Mərkəzdən hər kəsə!” devizi ilə keçirilən və 3 ay davam edən abunə yazılışı dövründə ilkin məlumatlara görə, ABB səhmlərinə 33 mindən artıq investor 49 min ədədə yaxın sifariş yerləşdirib.
 
Bu, ölkəmizin kapital bazarı üçün tarixi göstəricidir.

Bütün kanallar (ABB mobile tətbiqi, bank filialları, investisiya şirkətləri) üzrə verilmiş sifarişlər tam toplandıqdan sonra yerləşdirmə həyata keçiriləcək. Sifarişlərin icrası prosesi 17 sentyabr 2024-cü il tarixindən başlayaraq 6 iş günü müddətində davam edəcək və 24 sentyabr 2024-cü il tarixində başa çatacaq.
 
Qanunvericiliyin tələblərinə uyğun olaraq yerləşdirmə aşağıdakı ardıcıllıqla aparılacaq: 

1) Üstünlük hüququna malik səhmdarların üstünlük hüququ üzrə onların payına düşən səhmlərin alınması üzrə verilmiş sifarişləri icra ediləcək;
2) Yerdə qalan bütün sifarişlər, o cümlədən üstünlük hüququna malik səhmdarların üstünlük hüququndan artıq verilmiş sifarişləri də qiymətə uyğun sıralanaraq icra olunacaq.

Yerləşdirmənin nəticələri barədə məlumat 24 sentyabr 2024-cü il tarixində investorlara təqdim olunacaq.
 
Abunə yazılışı dövründə investorlar tərəfindən sifarişlər ilk dəfə olaraq tam rəqəmsal formada ABB mobile tətbiqi vasitəsilə, eləcə də ABB-nin və ölkəmizdəki əksər bankların filiallarından, həmçinin, səhmlərin emissiyasının anderrayteri olan "ABB İnvest” və ölkəmizdəki digər investiya şirkətləri vasitəsilə təqdim edilib.
 
ABB ölkənin və regionun ən gəlirli kommersiya qurumlarındandır. Bank illik mənfəətindən səhmdarlarına davamlı şəkildə dividendlər ödəyir. Son üç il üzrə dividend ödənişinin məbləği 2022-ci ildə 125 milyon manat, 2023-cü ildə 156 milyon 600 min manat, 2024-cü ildə 185 milyon manat olub. Bu il ABB-nin səhmlərinin illik dividend gəlirliliyi 15,1%-ə yüksəlib.
 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:23
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 20:42
Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı
İqtisadiyyat 16:28
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı
ABB enerji sektorunu araşdırdı
İqtisadiyyat 16:05
ABB enerji sektorunu araşdırdı
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
İqtisadiyyat 15:50
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
Qarabağda dənli və dənli-paxlalı bitkilərin yığımı 7,5 faiz artıb
İqtisadiyyat 15:39
Qarabağda dənli və dənli-paxlalı bitkilərin yığımı 7,5 faiz artıb
Azərbaycan 10 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir götürüb
İqtisadiyyat 14:48
Azərbaycan 10 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir götürüb
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
İqtisadiyyat 12:21
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
“Azeri Light” neftinin qiyməti 102 dolları ötüb
İqtisadiyyat 09:56
“Azeri Light” neftinin qiyməti 102 dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol