Filiallarının transformasiyası layihəsi çərçivəsində ABB Suraxanı
filialını da yeniləyib.
Filialın binası ABB-nin yeni brend kimliyinə, müasir
inkişaf konseptinə uyğunlaşdırılıb. Filial artıq Bakı şəhəri, Suraxanı rayonu,
Əmircan qəsəbəsi, İ.Məmmədov küçəsi 3 ünvanındakı binasında müştərilərin xidmətindədir.
Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə olan bütün
ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb.
Müştərilər ABB-nin Suraxanı filialında müxtəlif
növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş
kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən
faydalana bilərlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !