Sentyabrın 19-da ADA Universitetində
"Technovate-Sabah Mələk İnvestorlar Klubu” və "Pegasus Ventures” tərəfindən
Azərbaycanda ilk dəfə startaplar üzrə dünya çempionatının (Startup World Cup)
regional mərhələsi keçirilib.
ABB ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi bu
qlobal tədbirə tərəfdaşlıq dəstəyi verib. Yarışmada iştirak üçün qeydiyyatdan
keçmiş 100-ə yaxın startap arasından seçilən 5 startap öz ideyalarını geniş
auditoriya qarşısında təqdim edib. Jürinin qərarı ilə qalib elan olunmuş
startap 4 oktyabr 2024-cü ildə ABŞ-da keçiriləcək final yarışmasında
Azərbaycanı təmsil edəcək.
"Startup
World Cup” 60-dan çox ölkədə keçirilir və dünyanın ən yaxşı startaplarını bir
araya gətirir. Onların qlobal miqyasda tanınmasına imkan yaradır. Bu baxımdan,
sözügedən yarışma gənc sahibkarları və onların innovativ ideyalarını
dəstəkləyən unikal platformadır.
Ölkəmizdə belə qlobal əhəmiyyətli tədbirlərin
keçirilməsi Azərbaycanın startap ekosisteminin inkişafına, bu sahədə faydalı
təcrübələrin formalaşmasına, gənc sahibkarlarımızın beynəlxalq arenada
tanınmasına xidmət edir.
"Startup World Cup” tədbirinə tərəfdaşlıq dəstəyi
ilə ABB yeni imkanların axtarışında olan gənc sahibkarların yanında olduğunu,
onların inkişafına hərtərəfli dəstəyini bir daha nümayiş etdirir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !