Sənaye əhəmiyyətinə və əhali sayına görə ölkəmizin
ən böyük şəhərlərindən olan Sumqayıtda bank xidmət
və məhsullarını daha da əlçatan etmək üçün ABB burada yeni bir filial açıb.
Beləliklə, ABB-nin hazırda Sumqayıtda xidmət göstərən filiallarının sayı 3-ə
çatıb.
Yeni yaradılmış filial Sumqayıt şəhəri, Heydər
Əliyev prospekti 509 ünvanında fəaliyyətdədir. ABB-nin bu şəhərdəki digər
filialları isə 13-cü mikrorayon, Üzeyir Hacıbəyov küçəsində və Səməd Vurğun küçəsi -
112/14 ünvanında müştərilərin xidmətindədir.
3 saylı Sumqayıt filialının binası da Bankın yeni brend kimliyinə
uyğun qurulub. Müştərilərə ən yüksək səviyyədə xidmət üçün burada hər cür
şərait yaradılıb. Fərdi və korporativ müştərilər ABB-nin Sumqayıtda yerləşən
digər filialları kimi yeni filialda da müxtəlif növ kredit, kassa-hesablaşma
əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd
valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana
bilərlər.
Sumqayıt şəhərində ABB-nin daha bir filialının açılması bizneslərin
və fərdi şəxslərin maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !