ABB yeni güzəşt kampaniyası keçirir

20:40 | 28.08.2017
ABB yeni güzəşt kampaniyası keçirir

ABB yeni güzəşt kampaniyası keçirir

Bankın bayram ərəfəsində start verdiyi yeni kampaniya müştərilərə üç imkanı birdən qazandırır.

"Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin Qurban bayramında müştərilər üçün sürprizlər hazırlayıb. Bu barədə "Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, Bankın bayram ərəfəsində start verdiyi yeni kampaniya müştərilərə üç imkanı birdən qazandırır.

Qeyd edilən kampaniya çərçivəsində Bankın "Qiblə” debit "MasterCard Platinum" kartları cəmi 10 manata, depozit seyflərinin icarəsi 50% endirim, "Visa"/"MasterCard Gold”, "Platinum”, "AMEX Gold”, "Green”, "Visa Gold Prime” plastik kartlarının qiymətlərində 50%-ə qədər güzəşt ediləcək.

Kampaniya avqustun 31-dək davam edəcək. Müştərilər bu imkandan ABB-nin hər bir filial və şöbəsində faydalana, eləcə də ödəniş kartlarını bu bölmədən onlayn sifariş verə bilərlər.

Qeyd edək ki, ABB-nin digər məhsul və xidmətləri barədə məlumatları Bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook" səhifəsindən əldə etmək olar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM