Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mərhum sədri Abbas Ələsgərovla vida mərasimi Təzəpir Məscidində keçiriləcək.
Bu barədə AzVision.az-a komitədən məlumat verilib. Bildirilib ki, vida mərasimi bu gün saat 12:00-da başlayacaq.
A.Ələsgərov vəsiyyəti əsasında yaxınlarının yanında dəfn olunacaq.
Qeyd edək ki, A.Ələsgərov dünən axşam saatlarında dünyasını dəyişib. 81 yaşlı A.Ələsgərov 2007-ci ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !