Abbas Səhhətin kirayədə yaşayan nəvəsi - Video

11:05 | 07.12.2019
Abbas Səhhətin kirayədə yaşayan nəvəsi - Video

Abbas Səhhətin kirayədə yaşayan nəvəsi - Video

Azərbaycanın dahi şairi, dramaturq, eyni zamanda həkim olmuş Abbas Səhhətin nəvəsi Qəmərxanım Mehdiyevanın 94 yaşı ötən ay tamam olub. 
 
REAL TV xəbər verir ki, Q. Mehdiyeva şairin qız nəvəsidir. Daha doğrusu, sağ qalan yeganə qızı Dostuxanımın. O biri qızı Ruqiyyə sultan 1918-ci ildə Şamaxıda törədilən erməni qırğınlarından sonra Gəncəyə köçən Abbas Səhhət ailəsinin digər üzvləri ilə birlikdə vəba xəstəliyindən cəmi 10 yaşında vəfat edib.
 
Bu gün Qəmərxanım nənə yeganə oğlu ilə kirayədə qalır. Bir vaxtlar evləri olsa da, gözünün ağı-qarası balasının xəstəliyi ucbatından evini satıb və illərdir bu ailə kirayə həyat sürmək məcburiyyətindədir:
 
"İndi 7-ci evdir dəyişirəm bu qoca vaxtımda. O evdən bu evə, bu evdən o evə köçürəm. Amma istəyirəm haqq dünyasına getmək üçün öz evim olsun. Çox arzulayıram o evi…”

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb