ANN.Az "haberturk"ə istinadən xəbər verir ki, indiyə qədər 20-dən çox kitaba imza atan Abdulla Öcalanın növbəti kitabı dərc edilərək satışa çıxarılıb.
Əsasən, İmralı həbsxanasında 2010-cu ilə qədər keçiridiyi günlərin qeydlərindən ibarət olan kitabın "Nəticə" bölümündə "İmralı Adasında cəzaevi yaşamına dair" başlığı altında kürd lider bunları qeyd edib:
"Səndə civə varmı?"
"Hələ uşaqlıq illərində kəndin ahıl və hörmətli şəxslərindən biri hərəkətlərimi müşahidə edib hələ də xatirəmdən silinməyən belə bir cümlə işlətmişdi: "Lo li ciye xwe rûne, ma di te de ciwa heye?", yəni "yerində otur, səndə civəmi var?"
Əgər mifik tanrılar düşünsəydilər, birisini İmralı qayalarına bağlamaq qəfərə ağır bir cəzanı ağıllarına gətirə bilməzdilər.
"Tam Nazim Hikmətin əksiydim"
"Hələ azadlıqda olarkən həm özümü yalnızlaşdırmış, həm də yalnızlığa qarşı hazırlamışdım. Çox önəmli ailə tellərinə üstünlük verən yaxın qohum-əqrabadan, hətta yaxın dost-tanışdan özümü soyutmuşdum. Qadınla əlaqənin önəmli olmasını bildiyim halda, o da soyuqlaşdırdığım ünsiyyətlərdən biri idi. Tam Nazim Hikmətin əksiydim".
"Mənim üçün heç doğulmayacaq körpə"
"Bu dünyada uşaq sahib olmamaq əhdim vardı. Hələ litseydə müəllimimdən 10 ballıq qiymət alan inşa yazımın başlığı belə idi: "Sən mənim üçün heç doğulmayacaq körpəsən!" Yəqin ki, bu yazı çətin keçən uşaqlıq illərimin işartısı idi. Amma bütün bu yazdıqlarım İmralıda necə səbr etdiyimi, necə dözdüyümü izah etməyə yetməz".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !