APA-nın məlumatına görə, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Forumda iştirak edən Türkiyənin sabiq prezidenti Abdulla Gül deyib.
Azərbaycan və Türkiyənin bir millətin parçası olan dövlətlər olduğunu vurğulayan A. Gül bildirib ki, hər iki ölkə bir-birinin uğurları ilə daim qurur duyur: "Bakıda keçirilən III Qlobal Forumda iştirak etməkdən böyük məmnuniyyət duyuram. Tədbirdə önəmli dövlət xadimləri var. Bu insanları Bakıya toplamaq və belə bir tədbir keçirmək böyük bir uğurdur. Bununla Azərbaycan dünyada daha da tanınır. Şübhəsiz ki, bu forumda iştirak edən insanlar sonradan Azərbaycan haqqında daha yüksək fikirdə olacaqlar və Azərbaycanla bağlı məsələləri xaricdə dəstəkləyəcəklər”.
Türkiyənin sabiq prezidenti "Eurovision” mahnı müsabiqəsi kimi, Birinci Avropa Oyunlarının da Bakıda keçirilməsinin böyük uğur olduğunu qeyd edib: "Azərbaycanın "Eurovision” mahnı müsabiqəsində birinci yeri tutması türk dünyasını sevindirmişdi. İqtisadi inkişaf, yeni layihələr təqdir olunmalıdır”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !