Abdulla Gül özəl hazırlıq kurslarının bağlanmasını təsdiqlədi

13:03 | 13.03.2014
Abdulla Gül özəl hazırlıq kurslarının bağlanmasını təsdiqlədi

Abdulla Gül özəl hazırlıq kurslarının bağlanmasını təsdiqlədi

Türkiyə Prezidenti Abdullah Gül ölkədə ali məktəblərə daxil olmaq üçün özəl hazırlıq kurslarının bağlanması haqqında qanunu təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Anadolu" agentliyi xəbər yayıb.Martın 1-də Türkiyə parlamenti özəl hazırlıq kurslarının bağlanması haqqında qanun qəbul edib. Qanuna əsasən, 2015-ci il sentyabrın 1-dən Türkiyədə bütün özəl hazırlıq kursları bağlanacaq.Qanun layihəsi ölkə parlamentinə bu il fevralın 7-də təqdim edilib.Bir müddət əvvəl Baş nazir Rəcəb Tayyib Ərdoğan özəl təhsil müəssisələrinin bağlanması haqqında bəyanatla çıxış etmişdi.Ölkənin Təhsil Nazirliyinin məlumatına görə, 2013-cü ildə il ərzində Türkiyədə 3 640 özəl təhsil müəssisəsi fəaliyyət göstərib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM