Abdullah Gül bu gün Ərdoğanı qəbul edəcək

09:10 | 10.04.2014
Abdullah Gül bu gün Ərdoğanı qəbul edəcək

Abdullah Gül bu gün Ərdoğanı qəbul edəcək

Türkiyənin prezidenti Abdullah Gül bu gün baş nazir Rəcəb Tayyib Ərdoğanı qəbul edəcək. ANS PRESS-in xəbərinə görə, prezidentin rəsmi iqaməthgahı “Çankaya” köşklündə keçiriləcək görüş yerli vaxtla saat 18.00-də (Bakı vaxtıyla 20.00) baş tutacaq. Görüş vaxtı avqustun 10-da Türkiyədə keçiriləcək prezident seçkisində irəli sürüləcək namizədlər mövzusunun müzakirə olunması gözlənilir. Ankara kulvarından yayılan qeyri-rəsmi məlumata görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) namizədliklə bağlı əsas 2 variant üzərində dayanıb.Birinci variant, baş nazir Rəcəb Tayyib Ərdoğanın AKP-dən namizədliyinin irəli sürülməsidir. İkinci variant isə Abdullah Gülün növbəti 5 il üçün prezidentliyə yenidən namizədliyinin irəli sürülməsidir. Rəsmi prosedura görə cümə axşamı günü prezidentin baş nazir, baş qərargah rəisi və MİT rəhbəri ilə ayrı-ayrı görüşməsi gözlənilsə də, Abdullah Gül bu formatda dəyişiklik edib. Məlumata görə, bu gün yerli vaxtla “Çankaya” köşkündəki naharda Abdullah Gülün qonaqları olacaq və bu vaxt Krım problemi müzakirə olunacaq. 15.45-də isə Abdullah Gül ABŞ-da yaşayan Ahıska Türtkləri Dərnəyinin üzvlərini qəbul edəcək. Prezidentlə baş nazirin görüşü isə saat 18.00-də baş tutacaq və ikilinin daha sonra “Çankaya” köşkündə şam etməsi gözlənilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM