"Kəsri olan tələbələr alt qruplarda oturmaq üçün əlavə ödəniş ödəməli olacaqlar"Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmovun sosial şəbəkədə yazdığı status qalmaqala səbəb olub. ANS PRESS-in məlumatına görə, rektorun səhifəsində belə yazılıb: “Bu ildən etibarən kəsri olan tələbələr alt qruplarda oturmaq üçün əlavə ödəniş ödəməli olacaqlar.”ANS PRESS-in hafta.az-a istinadla verdiyi məlumata görə, tələbələr isə buna etiraz əlaməti olaraq 3 fevral saat 12:00-da aksiya keçirəcəklərini bildiriblər.Məsələ ilə bağlı universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərovla əlaqə saxladıq. O bildirdi ki, bu qərarın verilməsi hələ dəqiq deyil: "Məsələ ilə bağlı hələ konkret məlumat yoxdur. Bununla bağlı hansısa qərar qəbul olunsa və bizə məlumat verilsə mətbuata açıqlayacağıq. Tələbələri isə narahat olmamağa çağırıram. BDU daxilində bütün tələbələrin problemlərinə baxılıb həll olunur.”
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !