Abid Şərifovun səhhəti ilə bağlı xəbər

16:07 | 10.04.2017
Abid Şərifovun səhhəti ilə bağlı xəbər

Abid Şərifovun səhhəti ilə bağlı xəbər

Bu yaxınlarda səhhətinin qəfildən pisləşməsi ilə əlaqədar İsrailə müalicəyə gedən Azərbaycanın Baş nazirin müavini Abid Şərifov artıq Bakıya qayıdıb.

ANN.Az xəbər verir ki, A.Şərifov  açıqlamasında hazırda səhhətinin normal olduğunu bildirib:

"Hazırda səhhətim normaldır, işimin başındayam. Səhhətimlə maraqlanan hər kəsə minnətdaram”.

A.Şərifov mətbuatda onun haqqında yazılan məlumatları da şərh edib:

"Mən Bakıya çoxdan gəlmişəm. Müalicəyə gedəndə haqqımda yazılar yazıldı. Allah hamısına kömək olsun, salamat etsin! Bəyəm kim xəstələnmir? Hamı xəstələnə də, əməliyyat oluna da bilər. Allah köməyi olmuşlar da ağızlarına gələni yazırdılar”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM